​Azərbaycanda daha bir investisiya şirkəti yaradılıb

​Azərbaycanda daha bir investisiya şirkəti yaradılıb "PSG-Broker" investisiya şirkəti yaradılıb
Maliyyə
29 İyun , 2016 10:47
​Azərbaycanda daha bir investisiya şirkəti yaradılıb

Bakı. 29 iyun. REPORT.AZ/ "PSG-Broker" MMC təşkilati-hüquqi formasını və adını dəyişib. "Report" xəbər verir ki, Şirkət "PSG-Broker İnvestisiya Şirkəti" QSC-yə çevrildiyini elan edib. Bu barədə Vergilər Nazirliyinin "Vergilər" qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Xatırladaq ki, Azərbaycanda 2015-ci il iyulun 15-dən qüvvəyə minmiş "Qiymətli kağızlar bazarı haqqında" qanuna əsasən, fond bazarında broker və diler fəaliyyəti, aktivlərin idarə edilməsi ilə məşğul olan şirkətlərə vermiş lisenziyaların müddəti ötən ilin sonunda bitib. Bu şirkətlər yenidən fond bazarına qayıtmaq üçün təşkilati-hüquqi formasını və adını dəyişməli, investisiya şirkəti kimi Maliyyə Bazarlarına Nəzarət Palatasından lisenziya almalıdır.

Artıq yenidən təşkil olunuş 5 şirkətə - "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC, "AzFinance İnvestisiya Şirkəti" QSC, "Kapital Menecment İnvestisiya Şirkəti" ASC, "Unicapital İnvestisiya Şirkəti" ASC və "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-yə bu cür lisenziyalar verilib. Yaxın vaxtlarda "Dəmir İnvestisiya Şirkəti" QSC-nin də lisenziya üçün Palataya müracət edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi