Yuxarı

Azərbaycanda daha bir bank konverstasiya haqqını artırıb

Plastik kartlarında konvertasiya haqqı dəyişilib

Bakı. 24 avqust. REPORT.AZ/ "Silkway Bank" ASC plastik kartları ilə aparılan konvertasiya əməliyyatlarına görə komissiya haqqını 2 dəfə artırıb. "Report"un verdiyi xəbərə görə, bu barədə Bankın yaydığı məlumatda bildirilib. 

Milli valyutada kart hesabları vasitəsi ilə digər xarici valyutada bütün növ əməliyyatlar aparılarkən konvertasiya haqqı 4% təşkil edir. 

Qeyd edək ki, "Expressbank" ASC də avqustun 25-dən manat kartları üzrə konvertasiya əməliyyatlarını 4% komissiya ilə yerinə yetirəcək.

Bundan əvvəl hər iki bankda konvertasiya haqqı 2% olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi