Yuxarı

Azərbaycanda daha beş şirkət birjanın listinqinə daxil edilib

Bu, Yevlax Tikinti Servis, Şəki Tikinti Quraşdırma, Zaqatala Mehmanxana, Zaqatala tikinti-20 və Şəki Sərnişin ASC-dir

Bakı. 8 may. REPORT.AZ/ Bakı Fond Birjası (BFB) Listinq Komitəsinin qərarı ilə daha 5 şirkətin qiymətli kağızları BFB-də alternativ bazar seqmentində listinqə daxil edilib.

"Report"un Birjanın yaydığı xəbərə istinadən verdiyi xəbərə görə, bu, "Yevlax Tikinti Servis" ASC, "Şəki Tikinti Quraşdırma" ASC, "Zaqatala Mehmanxana" ASC, "Zaqatala tikinti-20" ASC və "Şəki Sərnişin" ASC-dir. 

Ticarətə buraxılan qiymətli kağızların sayı "Yevlax Tikinti Servis" üzrə 30 ədəd, "Şəki Tikinti Quraşdırma" üzrə 160 ədəd, "Zaqatala Mehmanxana" üzrə 1 338 ədəd, "Zaqatala tikinti-20" üzrə 1 240 ədəd və "Şəki sərnişin" üzrə 1 064 ədəddir. Ticarətə başlanması tarixi "Yexlax Tikinti Servis" üçün mayın 8-i, digərləri üçün mayın 12-dir.

Qeyd edək ki, BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi