Yuxarı

Azərbaycanda daha 3 bank birləşir - YENİLƏNİB

Yeni bankın təsis olunması ilə bağlı sənədlərin artıq apreldə imzalanacağı gözlənilir

İlk xəbər saat 10:50-də verilib

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycanda daha 3 kommersiya bankının konsolidasiyası ilə bağlı ilkin razılıq əldə edilib. Bu barədə "Report"a bank dairələrindən məlumat verilib.

Məlumata görə, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən fevralın 1-də lisenziyası bərpa edilən "NBC Bank" ASC artıq bu ilin aprel ayında "Parabank" ASC və "Dekabank" ASC ilə birləşməyi planlaşdırır və hər üç tərəf bununla bağlı razılığını bildirib.

Mənbə bankların hansı ad altında birləşəcəyinin hələlik bəlli olmadığını və bu mövzu ətrafında danışıqlar getdiyini açıqlayıb.

"Report"un sorğusuna cavab olaraq "Parabank"dan adıçəkilən məsələ ilə bağlı məlumatsız olduqlarını, "Dekabank"dan isə bu məlumatın səhv olduğunu bildiriblər.

"NBC Bank"dan isə "Report"a bildirilib ki, onlar bir neçə bankla konsolidasiyaya dair niyyət protokolu imzalayıblar, lakin bunun hansı banklarla baş verəcəyi ilə bağlı məlumat verilməyib.

***

"Report"un AMB-dəki mənbələrdən əldə etdiyi məlumata görə isə, bu bankların birləşmə ilə bağlı sövdələşməsində üçüncü tərəf kimi "Dekabank" deyil, "Kredobank" ASC iştirak etmək niyyətindədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi