Azərbaycanda daha 2 bankın ləğvi eyni ünvanda həyata keçiriləcək

Azərbaycanda daha 2 bankın ləğvi eyni ünvanda həyata keçiriləcək Söhbət "Qafqaz İnkişaf Bankı" və "Atrabank"dan gedir
Maliyyə
14 Sentyabr , 2016 17:31
Azərbaycanda daha 2 bankın ləğvi eyni ünvanda həyata keçiriləcək

Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycanın bağlanmış daha 2 kommersiya bankının ləğvi "Texnikabank" ASC-nin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Babək prospekti 16 ünvandakı inzibati binada həyata keçiriləcək. Söhbət "Qafqaz İnkişaf Bankı" və "Atrabank" ASC-lərdən gedir.

Bu barədə "Report"a bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan (ADİF) məlumat verilib. 

Sözügedən ünvan hazırda ADİF-in ikinci ofisi kimi fəaliyyət göstərir. 

Banklardan biri - "Qafqaz İnkişaf Bankı" bu gündən həmin ofisə köçüb. Yaxın günlərdə "Atrabank"ı da ora köçürüləcək. Həmin bankların əmanətçilərinə kompensasiya ödənişi də daxil olmaqla bütün məsələlər ADİF-in ikinci ofisində həll olunacaq.

Xatırladaq ki, bundan əvvəl "Kredobank" və "Bank of Azerbaijan" ASC-lərin də Fondun ikinci ofisində ləğv edilməsi qərara alınıb və bağlanmış banklar Babək prospektinə köçürülüb. Bu ünvanda eyni zamanda "Texnikabank"ın ləğv edilməsi prosesi gedir.

Son xəbərlər

Orphus sistemi