Azərbaycanda daha 15 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

Azərbaycanda daha 15 mln. manatlıq DQİ emissiyası yerləşdirilib İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 97,1000, ortaölçülmüş qiymət isə 97,3346 səviyyəsində müəyyən edilib
Maliyyə
5 Aprel , 2016 15:35
Azərbaycanda daha 15 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

Bakı. 5 aprel. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102008494 ISIN kodlu, 91 gün tədavül müddətli, 15 mln. manat həcmində dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Report"un Bakı Fond Birjasına istinadən verdiyi xəbərə görə, 9 investor tərəfindən 16 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 56 508 500 manat təşkil edib. Sifarişlər 95,4651 (gəlirlik - 19,3179%)-98,2100 (gəlirlik 7,4120%) qiymət intervalında təqdim edilib.

İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti emitent tərəfindən 97,1000 (gəlirlik 12,1455%), ortaölçülmüş qiymət isə 97,3346 (gəlirlik 11,1361%) səviyyəsində müəyyən edilib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar 6 aprel (t+1) tarixində həyata keçiriləcək.

Nəticədə istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 15 mln. manat məbləğində müəyyənləşdirilib. İstiqrazların ödəmə tarixi 5 iyul 2016-cı il, tədavül müddəti 91 gündür.

Son xəbərlər

Orphus sistemi