Azərbaycanda büdcənin icrasında 241 mln. manatlıq kəsir yaranıb

Azərbaycanda büdcənin icrasında 241 mln. manatlıq kəsir yaranıb Kəsirin ÜDM-ə nisbəti son bir ildə 1,8%-dən 0,4%-ə düşüb
Maliyyə
24 Yanvar , 2017 13:51
Azərbaycanda büdcənin icrasında 241 mln. manatlıq kəsir yaranıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycanın 2016-cı il dövlət büdcəsinin gəlirləri 17 501,2 mln. manat, xərcləri 17 742,4 mln. manat təşkil edib.

"Report" bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən xəbər verir.

Bildirilir ki, büdcənin icrasında 241,2 mln. manatlıq və ya ümumi daxili məhsulun 0,4%-i qədər kəsir yaranıb.

Qeyd edək ki, 2016-cı ilin yanvar-noyabr aylarında dövlət büdcəsinin gəlirləri 12 965,5 mln. manat, xərcləri 13 927,4 mln. manat təşkil edib, büdcənin icrasında 961,9 mln. manatlıq və ya ÜDM-in 1,8%-i qədər kəsir yaranıb.

Xatırladaq ki, 2015-ci ildə dövlət büdcəsinin gəlirləri 19 438,0 mln. manat proqnoza qarşı 17498,0 mln. manat və ya 90,0% icra olunub.

Son xəbərlər

Orphus sistemi