Azərbaycanda büdcə xərclərinin vergi daxilolmaları ilə kompensiyasiyası nəzərdə tutulur

Azərbaycanda büdcə xərclərinin vergi daxilolmaları ilə kompensiyasiyası nəzərdə tutulur Nazir müavini: "Ötən il neft sektorundan vergi daxilolmaları 200 mln. manat azalıb"
Maliyyə
10 Fevral , 2016 12:30
Azərbaycanda büdcə xərclərinin vergi daxilolmaları ilə kompensiyasiyası nəzərdə tutulur

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycanın vergi orqanları qarşısında büdcə xərclərinin vergi və gömrük daxilolmaları ilə kompensiyasiya edilməsi məqsədi qoyulub. "Report" xəbər verir ki, bunu Bakıda keçirilən vergi forumunda çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərov qeyd edib ki, ötən il neft sektorundan vergi daxilolmaları azalıb: "Dünya bazarında neftin ucuzlaşmasına görə, neft sektorundan büdcəyə daxilolmalar 200 mln. manata qədər azalıb. Lakin axtarıb tapdığımız digər mənbələr hesabına bunu kompensasiya etmişik".

Forumda iştirak edən Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov isə bildirib ki, son iki ildə Universitetdə dərs demək üçün 30 yaşa qədər 160 müəllim cəlb edilib: "Biz düşünürük ki, bir ixtisas üzrə bir kafedra olmalıdır. Ona görə də,  11 kafedra birləşdirilib və onların bazasında 4 kafedra yaradılıb".

Son xəbərlər

Orphus sistemi