​Azərbaycanda büdcə kəsiri ÜDM-in 14%-nə çatacaq

​Azərbaycanda büdcə kəsiri ÜDM-in 14%-nə çatacaq Dünya Bankı: Neft qiymətlərinin tədricən bərpası 2018-ci ildə ölkə iqtisadiyyatını 1,3% artıracaq
Maliyyə
7 Aprel , 2016 13:41
​Azərbaycanda büdcə kəsiri ÜDM-in 14%-nə çatacaq

Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycanda ötən ilin fevral ayında həyata keçirilən milli valyutanın ilk devalvasiyasından sonra ölkədə dollarlaşmanın səviyyəsi artıb və bu proses 2015-ci il boyunca davam edib. "Report" xəbər verir ki, bu barədə Dünya Bankının aprel ayında yenilədiyi "ECA Economic Update: The impact of China on Europe and Central Asia" hesabatında deyilir.

Hesabata görə, ötən il ÜDM artımında Cənubi Qafqaz, Mərkəzi Asiya və Rusiyada sürətli geriləmə müşahidə edilib. Belə ki, Cənubi Qafqazda bu rəqəm 3,3%, Mərkəzi Asiyada 1,6%, Rusiyada isə 1,3% olub.

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Müller (Cyrill Muller) deyib ki, Avropa və Mərkəzi Asiyada bir çox ölkələr siyasi, fiskal və monetar problemlərlə üzləşib. Rusiyadakı durğunluq isə 2015-ci ildə qeyri-neft ixracını 6,6% azaldıb.

"Azərbaycanda bank aktivlərinin portfeli zəifləyib və problemli kreditlərin həcmi kəskin artıb. Neft Fondunun aktivləri 33,5 mlrd. ABŞ dolları müəyyən edilib, halbuki ilin əvvəlində bu rəqəm 37 mlrd. dollar olub. Aşağı neft qiymətləri iqtisadi problemləri və infliyasiyanı şərtləndirən əsas amildir. Neft qiymətlərinin mərhələli şəkildə bərpası ölkənin iqtisadi artımının 2017-ci ildə yüksəlməyə başlamasına və 2018-ci ildə 1,3% olmasına gətirib çıxaracaq. Konsolidasiya edilmiş büdcənin kəsiri ÜDM-in 14%-ə qədər artacaq. Sosialyönümlü xərclər ÜDM-in 4%-ni, Cənub Qaz Dəhlizini də özündə birləşdirən inşaat xərcləri isə 4,25%-ni təşkil edir. Bu il isə cari büdcə kəsirinin genişlənərək ÜDM-in 4,7%-nə çatacağı proqnozlaşdırılır", - deyə sənəddə vurğulanıb.

Son xəbərlər

Orphus sistemi