Azərbaycanda büdcə kəsiri 714 mln. manata çatıb

Azərbaycanda büdcə kəsiri 714 mln. manata çatıb Bakı. 14 dekabr. REPORT.AZ/ 2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 14 749,3 mln. manat, xərcləri 15 463,1 mln. manat təşkil edib, büdcənin icrasında 713,8 mln. manatlıq və ya ümumi daxili məhsulun 1,1%-i qədər kəsir yaranıb.
Maliyyə
14 Dekabr , 2017 15:30
Azərbaycanda büdcə kəsiri 714 mln. manata çatıb

Bakı. 14 dekabr. REPORT.AZ/ 2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 14 749,3 mln. manat, xərcləri 15 463,1 mln. manat təşkil edib, büdcənin icrasında 713,8 mln. manatlıq və ya ümumi daxili məhsulun 1,1%-i qədər kəsir yaranıb.

“Report” bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, xəbər verir.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,0% artaraq 13 557,1 mln. manata, xərcləri isə 13,5% artaraq 14 150,2 mln. manata çatıb. Büdcənin icrasında yaranmış 593,1 mln. manatlıq kəsir ÜDM-in 1,1%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi