Azərbaycanda bu ilin sonuna qədər dolların məzənnəsində kəskin dəyişikliklər olmayacaq

Azərbaycanda bu ilin sonuna qədər dolların məzənnəsində kəskin dəyişikliklər olmayacaq AMB manatın məzənnəsinin dayanıqlılığına təmin edilməsinə çalışır
Maliyyə
26 Sentyabr , 2016 17:57
Azərbaycanda bu ilin sonuna qədər dolların məzənnəsində kəskin dəyişikliklər olmayacaq

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycanda bu ilin sonuna qədər dolların məzənnəsində kəskin dəyişikliklər olmayacaq. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib. 

Bu il manatın cəmi 5% dəyərdən düşdüyünü deyən E.Rüstəmov dünyanın heç bir yerində sabit məzənnə rejiminin mövcud olmadığını, Azərbaycanda manatın məzənnəsinin dayanıqlılığının təmin edilməsinə çalışdıqlarını, bu məsələyə xarici amillərin təsir etdiyini bildirib. 

AMB sədri manatın məzənnəsinin dayanıqlılığının biznes mühitini yaxşılaşdıracağını, investisiya qoyuluşunu ucuzlaşdıracağını da qeyd edib. 

Son xəbərlər

Orphus sistemi