Azərbaycanda bu il vergi orqanlarının xətti ilə büdcə daxilolmaları 4% azalıb

Azərbaycanda bu il vergi orqanlarının xətti ilə büdcə daxilolmaları 4% azalıb Qeyri-neft sektoru üzrə büdcəyə daxil olan vəsaitin həcmi isə 6,1% artıb
Maliyyə
8 Noyabr , 2016 16:57
Azərbaycanda bu il vergi orqanlarının xətti ilə büdcə daxilolmaları 4% azalıb

Bakı. 8 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 707,128 mln. manat vəsait daxil olub. “Report” xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 263,119 mln. manat və yaxud 4,41% azdır.

Qurumun analitik-informasiya şöbəsindən verilən məlumata görə, müvafiq 10 aylıq proqnoz tapşırığına 100,1% əməl edilib.

Qeyri-neft sektoru üzrə büdcəyə 4 310,845 mln. manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 247,478 mln. manat və ya 6,09% çoxdur.

Cari ilin yanvar-oktyabr aylarında ölkədə 105 605 vergi ödəyicisi qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi