Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda bu il geniş pul kütləsi 12% azalıb

    Manatla pul bazası isə ilin əvvəlindən 36% azalıb

    Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycanda geniş pul kütləsinin azalması tendensiyası bu ilin aprel ayında davam edib və mayın 1-nə onun həcm göstəricisi 18 982,9 mln. manat təşkil edib. Aprelin 1-nə olan analoji göstərici ilə müqayisədə azalma 524,5 mln. manat və ya 2,7%, ilin əvvəlindən  isə 2 583,5 mln. manat və ya 12% olub. Bu barədə "Report"a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

    Manatla olan geniş pul kütləsi isə may ayının 1-nə 11 004 mln. manat təşkil edib. Son bir ayda bu göstərici 1 489,4 mln. manat və ya 11,9%, cari ilin əvvəlindən isə 6 431,8 mln. manat və ya 36,9% azalıb.

    Qeyd edək ki, hesabat ayında pul bazasının azalması tendensiyası da davam edib və may ayının 1-nə 7 870,2 mln. manat təşkil edib. Son bir ayda bu göstərici 1 049 mln. manat və ya 11,8%, ilin əvvəlindən isə 3 996,7 mln. manat və ya 33,7% azalıb.

    Manatla pul bazası isə mayın 1-nə 7 418,6 mln. manat təşkil edib. Nəticədə, son bir ayda azalma 920,8 mln. manat və ya 11%, ilin əvvəlindən isə 4 123,3 mln. manat və ya 35,7%-ə çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi