Azərbaycanda bu il əsas kapitala sərmayələr 28% azalıb

Azərbaycanda bu il əsas kapitala sərmayələr 28% azalıb İstifadə olunmuş vəsaitin 10,5 mlrd. manatı və ya 81%-i məhsul istehsalı obyektlərinin payına düşür
Maliyyə
14 Dekabr , 2016 15:25
Azərbaycanda bu il əsas kapitala sərmayələr 28% azalıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar-noyabr aylarında əsas kapitala 13,0 mlrd. manat məbləğində, yaxud əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 28,0% az vəsait yönəldilib. 

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlarda qeyd edilib.

İstifadə olunmuş vəsaitin 10,486 mlrd. manatı və ya 80,6%-i məhsul istehsalı obyektlərinin, 1,993 mlrd. manatı (15,3%-i) xidmət sahələri üzrə obyektlərin, 0,530 mlrd. manatı (4,1%-i) isə ümumi sahəsi 1 519,8 min kv. metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. 

Əsas kapitala yönəldilmiş vəsaitlərin 5,331 mlrd. manatını və ya 41,0%-ni daxili vəsaitlər təşkil edib. 

Əsas kapitala sərf olunan vəsaitin 9,445 mlrd. manatı və ya 72,6%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə xərclənib.

Son xəbərlər

Orphus sistemi