Azərbaycanda bu il əsas kapitala 4,3 mlrd. manat yatırılıb

Azərbaycanda bu il əsas kapitala 4,3 mlrd. manat yatırılıb Bunun 161 mln. manatı və ya 3,7%-i yaşayış evlərinin tikintisinə xərclənib
Maliyyə
17 May , 2016 18:53
Azərbaycanda bu il əsas kapitala 4,3 mlrd. manat yatırılıb

Bakı. 17 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala 4 291,3 mln. manat həcmində vəsait yönəldilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, istifadə olunan vəsaitin 3 724,7 mln. manatı və ya 86,8%-i məhsul istehsalı obyektləri, 405,7 mln. manatı (9,5%-i) xidmət sahələri üzrə obyektlərin, 160,9 mln. manatı (3,7%-i) isə ümumi sahəsi 443,7 min kv. metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilən vəsaitlərin 1 380,3 mln. manatını və ya 32,2%-ni daxili vəsaitlər təşkil edib. Eyni zamanda, əsas kapitala yönəldilən vəsaitin 2 984,5 mln. manatı və ya 69,5%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Son xəbərlər

Orphus sistemi