Azərbaycanda bu il bank işçilərinin sayı 4% azalıb

Azərbaycanda bu il bank işçilərinin sayı 4% azalıb Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında çalışan işçilərin ümumi sayı 2017-ci il oktyabrın 1-nə 16 340 nəfər təşkil edib.
Maliyyə
3 Noyabr , 2017 18:24
Azərbaycanda bu il bank işçilərinin sayı 4% azalıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında çalışan işçilərin ümumi sayı 2017-ci il oktyabrın 1-nə 16 340 nəfər təşkil edib.

"Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 173 nəfər və ya 1,1% çoxdur. İlin əvvəlindən isə bank işçilərinin sayı 607 nəfər və yaxud 3,6% azalılb.

Bu ilin sentyabr ayında banklara məxsus bankomatların sayı 9 ədəd azalaraq oktyabrın 1-nə 2 486 ədəd təşkil edib. İlin əvvəli ilə müqayisədə isə bankomatların sayında 25 ədəd və yaxud 1% artım qeydə alınıb.

Bank filialı ay ərzində 3 vahid azalaraq 557 ədəd, şöbələrin sayı dəyişməyərək 142 vahid təşkil edib. İlin əvvəli ilə müqayisədə filialların sayı 12 vahid azalıb, şöbələrin sayı əksinə, 11 vahid artıb.

Son xəbərlər

Orphus sistemi