Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ödənişlər 7% artıb

Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ödənişlər 7% artıb İyulda İSB 13 kompensasiya tələbi üzrə 35,8 min manat ödəyib
Maliyyə
3 Avqust , 2015 17:52
Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ödənişlər 7% artıb

Bakı. 3 avqust. REPORT.AZ/ Bu ilin iyul ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə İcbari Sığorta Bürosunun üzv şirkətləri tərəfindən 2 029 sığorta tələbi üzrə 2,5 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

"Report"un Büroya istinadən verdiyi xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta tələblərinin sayında 33%, sığorta ödənişlərinin məbləğində isə 6,9% artım müşahidə edilib. Bu ilin iyul ayında nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 163 manat təşkil edib.

Sığorta ödənişlərinin 2,2 mln. manatı nəqliyyat vasitəsinə, 106,8 min manatı sağlamlığa dəyən zərər və 145 min manatı şəxsin ölümü ilə bağlı olub.

İyulda İcbari Sığorta Bürosu tərəfindən 13 kompensasiya tələbi üzrə 35 750 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi