Yuxarı

Azərbaycanda bu il 10 minədək POS-terminal ləğv edilib

Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycanda bu ilin iyul ayı ərzində POS-terminalların ümumi sayı 3,7% və ya 2 730 ədəd azalaraq avqustun 1-nə 70 492 ədəd təşkil edib. 

Bu barədə "Report"a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib. 

Məlumata görə, ilin əvvəli ilə müqayisədə bu göstərici 9 809 ədəd və ya 12% azalıb. Ölkə üzrə mövcud POS-terminalların 39 570 ədədi və ya 56 %-i Bakıda, 44%-i və ya 30 922 ədədi regionlarda yerləşir.

Cari il avqustun 1-nə əsasən ölkədə mövcud olan POS-terminallların 69 526 ədədi pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində quraşdırılıb. Bu da aylıq müqayisədə bu POS-terminalların sayında 2 372 ədəd azalma deməkdir.

Qeyd edək ki, 2016-cı il avqustun 1-nə Azərbaycan əhalisinin hər 140 nəfərinə 1 POS-terminal düşüb. Bu göstərici ilin əvvəlindən 120 nəfər/POS-terminal olub.

Bir POS-terminala düşən əməliyyatların orta aylıq məbləği iyulda 1 419,9 manat olub ki, bunun da 583,6 manatı ticarət və xidmətdə olan POS-terminalların payına düşüb. Əvvəlki ayda isə bu göstərici müvafiq olaraq 1 399,2 manat və 572,8 manat olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi