Yuxarı
    Bağlamaq

    Azərbaycanda borc məsləhət mərkəzlərinin yaradılması təklif olunur

    İFC hesab edir ki, Azərbaycanda bu sahədə geniş potensial mövcuddur

    Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycanda perspektivdə borc məsləhət mərkəzləri yaradıla bilər.  "Report"un verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) Azərbaycan üzrə direktoru Aliyə Əzimova bildirib.

    "Borc məsləhət mərkəzlərinin yaradılması sahəsində İFC böyük təcrübəyə malikdir. Bu sahədə Azərbaycanda potensial çoxdur. Belə mərkəzlərin yaradılması həddən artıq borclanmanın qarşısını almaqda mühüm rol oynaya bilər. Borclar üzrə məsləhətləşmələr mexanizminin yaradılması önəmlidir", - deyə A.Əzimova qeyd edib. 

    A.Əzimova bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatı təzyiq altındadır. Ticarət sahəsində tarazlığın pozulması maliyyə sektoruna da mənfi təsir göstərib.

    Onun sözlərinə görə, gələcəkdə Azərbaycanda bir sıra layihələr, o cümlədən fermerlərə biznesin idarə edilməsi üzrə layihənin həyata keçirilməsi də mümkündür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi