Yuxarı

Azərbaycanda BOKT-ların kredit portfeli azalıb

Azərbaycanda BOKT-ların kredit portfeli azalıb

© Report

Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) kredit ittifaqları ilə birlikdə ölkə iqtisadiyyatına kredit qoyuluşu bu il fevralın 1-nə 413,9 mln. manat təşkil edib.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, kredit qoyuluşu aylıq müqayisədə 1,5%, illik müqayisədə isə 8,9% azalıb. 

Hesabat tarixinə qeyri-bank maliyyə qurumlarının cəmi kredit qoyuluşunda xüsusi çəkisi 3,6% təşkil edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi