Azərbaycanda BOKT-ların kredit portfeli azalıb

Azərbaycanda BOKT-ların kredit portfeli azalıb Bakı. 5 dekabr. REPORT.AZ/ Bu ilin oktyabr ayında Azərbaycandakı bank olmayan kredit təşkilatlarının (BOKT) ölkə iqtisadiyyatına kredit qoyuluşu 9,1 mln. manat və yaxud 2,3% azalaraq noyabrın 1-nə 392 mln. manat təşkil edib.
Maliyyə
5 Dekabr , 2018 18:12
Azərbaycanda BOKT-ların kredit portfeli azalıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Bu ilin oktyabr ayında Azərbaycandakı bank olmayan kredit təşkilatlarının (BOKT) ölkə iqtisadiyyatına kredit qoyuluşu 9,1 mln. manat və yaxud 2,3% azalaraq noyabrın 1-nə 392 mln. manat təşkil edib.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

İlin əvvəli ilə müqayisədə azalma isə 28,2 mln. manat və yaxud 6,7%-dir. 

Hesabat ayında BOKT-ların cəmi kreditlərdə xüsusi çəkisi 3,3%-dən 3,2%-ə enib.

Son xəbərlər

Orphus sistemi