Azərbaycanda “Blockchain” əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması üçün "IBM East Europe/Asia" şirkəti ilə müqavilə bağlanılıb

Azərbaycanda “Blockchain” əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması üçün "IBM East Europe/Asia" şirkəti ilə müqavilə bağlanılıb Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankında “Blockchain” əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması və müvafiq ekspert xidmətinin cəlb edilməsi ilə bağlı dünyada bu sahədə qabaqcıl təcrübəyə malik olan IBM East Europe/Asia Ltd şirkəti ilə satınalma müqaviləsi bağlanıb.
Maliyyə
14 Sentyabr , 2018 18:02
Azərbaycanda “Blockchain” əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması üçün IBM East Europe/Asia şirkəti ilə müqavilə bağlanılıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankında “Blockchain” əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması və müvafiq ekspert xidmətinin cəlb edilməsi ilə bağlı dünyada bu sahədə qabaqcıl təcrübəyə malik olan IBM East Europe/Asia Ltd şirkəti ilə satınalma müqaviləsi bağlanıb.

“Report” bu barədə quruma istinadən xəbər verir.

Müqavilə ilə müəyyən olunan fəaliyyət istiqamətlərini əhatə edən detallı fəaliyyət planı hazırlanmış və plan üzrə işlərin realizasiyasına start verilib. Bu sahədə aparılan işlərin davamı olaraq Mərkəzi Bankda icraçı IBM East Europe/Asia Ltd şirkətinin ekspertlərinin, bir sıra kredit təşkilatlarının, Maliyyə Bazarlarına Nəzarət Palatasının və əlaqədar dövlət qurumlarının iştirakı ilə müvafiq görüşlər keçirilib.

Görüşlər zamanı “Blockchain” texnologiyası və bu sahədə qabaqcıl təcrübələr ilə bağlı ümumi məlumat verilmiş, “Rəqəmsal hökumətin və elektron cəmiyyətin əsasını təşkil edən rəqəmsal identifikasiya”, “Rəqəmsal identifikasiyanın tətbiq sahələri”, “Öz müştərini tanı siyasəti” mövzularında müvafiq təqdimatlar nümayiş etdirilmiş və iştirakçı qurumlarla geniş fikir mübadiləsi aparılıb.

Layihənin müvəffəqiyyətlə tamamlanması və strateji olaraq digər istiqamətlər üzrə genişləndirilməsi ilə bağlı fəaliyyət əlaqədar təşkilatlarla davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi