Azərbaycanda birbaşa investisiyaların 84%-i neft-qaz sektoruna yönəldilib

Azərbaycanda birbaşa investisiyaların 84%-i neft-qaz sektoruna yönəldilib Bakı. 22 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda neft-qaz sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 3,771 mlrd. dollar olub.
Maliyyə
22 Dekabr , 2017 13:14
Azərbaycanda birbaşa investisiyaların 84%-i neft-qaz sektoruna yönəldilib
Report

Bakı. 22 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda neft-qaz sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 3,771 mlrd. dollar olub.

“Report”un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, 2017-ci ilin yanvar-sentyabr ayları ərzində birbaşa investisiyalar formasında xaricdən Azərbaycana cəlb olunmuş sərmayələrin ümumi məbləği 4,5 mlrd. dollar olub və investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 83,8% təşkil edib.

2017-ci ilin yanvar-sentyabr aylarında tədiyyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (1 684,8 mln. dollar) artımı cəlb olunmuş investisiya ilə (3 771.5 mln. dollar) kapitalın repatriasiyası (2 086.7 mln. dollar) arasındakı fərqdən formalaşır.

Qiymətləndirmələrə görə, qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 728,7 mln. dollar olub.

Son xəbərlər

Orphus sistemi