Yuxarı
    Bağlamaq

    Azərbaycanda bir ayda 5 min POS-terminal quraşdırılıb

    Ötən ilin əvvəli ilə müqayisədə bu göstərici 8,9% azalıb

    Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycanda quraşdırılmış POS-terminalların ümumi sayı 2016-cı ilin noyabr ayı ərzində 7,4% və ya 5 023 ədəd artaraq dekabrın 1-nə 73 175 ədəd təşkil edib. Eyni ilin əvvəli ilə müqayisədə bu göstərici 7 126 ədəd və ya 8,87% azalıb.

    Bu barədə "Report"a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

    Bildirilib ki, ölkə üzrə mövcud POS-terminalların 40 543 ədədi və ya 55,4%-i Bakıda, 44,6%-i və ya 32 632 ədədi regionlarda yerləşir.

    Dekabrın 1-nə ölkədə mövcud olan POS-terminallların 72 277 ədədi pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində quraşdırılıb. Bu da aylıq müqayisədə POS-terminalların sayında 5 170 ədəd və ya 7,7% artım deməkdir.

    Qeyd edək ki, 2016-cı il dekabrın 1-nə Azərbaycan əhalisinin hər 130 nəfərinə 1 POS-terminal düşüb. Bu göstərici əvvəlki ay 140 nəfər/POS-terminal, ilin əvvəlində 120 nəfər/POS-terminal olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi