Azərbaycanda POS-terminallarla aparılan əməliyyatların orta məbləği 19% azalıb

Azərbaycanda POS-terminallarla aparılan əməliyyatların orta məbləği 19% azalıb Bu ilin sentyabr ayında ölkə üzrə 4 mindən çox yeni POS-terminal quraşdırılıb
Maliyyə
10 Noyabr , 2016 13:44
Azərbaycanda POS-terminallarla aparılan əməliyyatların orta məbləği 19% azalıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycanda quraşdırılmış POS-terminalların ümumi sayı bu ilin sentyabr ayı ərzində 5,8% və ya 4 086 ədəd artaraq oktyabrın 1-nə 74 404 ədəd təşkil edib. Cari ilin əvvəli ilə müqayisədə isə bu göstərici 5 897 ədəd və ya 7% azalıb. Bu barədə "Report"a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Ölkə üzrə mövcud POS-terminalların 41 648 ədədi və ya 56 %-i Bakıda, 44%-i və ya 32 756 ədədi regionlarda yerləşir.

Cari il oktyabrın 1-nə ölkədə mövcud olan POS-terminallların 73 477 ədədi pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində quraşdırılıb. Bu da aylıq müqayisədə bu POS-terminalların sayında 4 130 ədəd və ya 6% artım deməkdir.

Qeyd edək ki, 2016-cı il oktyabrın 1-nə Azərbaycan əhalisinin hər 130 nəfərinə 1 POS-terminal düşüb. Bu göstərici ötən ay 140 nəfər/POS-terminal, ilin əvvəlində 120 nəfər/POS-terminal olub.

Bir POS-terminala düşən əməliyyatların orta aylıq məbləği sentyabrda 1 468,4 manat olub ki, bunun da 700,3 manatı ticarət və xidmət sektoru obyektlərində olan POS-terminalların payına düşüb. Əvvəlki ayla müqayisədə bu göstəricilər müvafiq olaraq 19% və 11,8% azalıb. 

Son xəbərlər

Orphus sistemi