Yuxarı
    Bağlamaq

    Azərbaycanda bəzi bank inzibatçılarının cinayət əməlləri üzə çıxıb

    Müvafiq materiallar toplanaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib

    Bakı. 8 fevral. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğvedici olaraq lisenziyaları geri alınmış və müvafiq məhkəmə qərarları əsasında müflis elan edilmiş bankların idarəetməsini həyata keçirməyə başladıqdan bir müddət sonra müəyyən işlərdə rəhbər vəzifələrdə işləmiş şəxslərin cinayət əməlləri törətdiklərini aşkar edib.

    “Report” xəbər verir ki, bu barədə ADİF-in açıqlamasında bildirilib.

    Məlumatda deyilir ki, ləğvetmə prosesində olan bir sıra banklar lisenziyaları ləğv edilənə qədər fəaliyyət göstərən zaman rəhbər vəzifələrdə işləmiş bəzi şəxslər vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərini aşma, mənimsəmə, dələduzluq ediblər.

    Belə ki, həmin şəxslər bankın müştərilərini onlara məxsus əmlaklarını sataraq əldə olunmuş vəsaiti kredit borcunun bağlanılmasına yönəltməmiş və ya satışdan əldə olunmuş vəsaitin çox cüzi hissəsini yönəldib, bununla da həmin müştəriləri pis vəziyyətdə qoyub, banka gəlib kredit almayan şəxslərin adlarına çoxlu sayda saxta imza ilə kredit rəsmiləşdirib, bir çox işdə zamin duraraq banklardan müəyyən miqdarda vəsait çıxarıb və bununla da banklara külli miqdarda zərər vurublar.

    Bununla əlaqədar olaraq, müvafiq materiallar toplanıb və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi