Azərbaycanda beynəlxalq sığorta müqavilələrinin sayı 89% artıb

Azərbaycanda beynəlxalq sığorta müqavilələrinin sayı 89% artıb ​Bu müqavilələr üzrə daxilolmaların həcmi isə 7% artıb
Maliyyə
1 İyun , 2016 12:17
Azərbaycanda beynəlxalq sığorta müqavilələrinin sayı 89% artıb

Bakı. 1 iyun. REPORT.AZ/ Bu ilin may ayında Azərbaycanda "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 733 beynəlxalq sığorta müqaviləsi bağlanılıb.

"Report"un İcbari Sığorta Bürsouna (İSB) istinadən verdiyi xəbərə görə, bu müqavilələrdən 680 müqavilə Türkiyə və İran, 2 müqavilə isə Moldova və Ukrayna, 51 müqavilə "Yaşıl Kart" sisteminə daxil olan digər ölkələrə səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub. Mayda beynəlxalq sığorta müqavilələri üzrə toplanan sığorta haqlarının həcmi 87,08 min manat təşkil edib.

"Yaşıl Kart" üzrə bağlanılan müqavilələrin 520-si minik, 106-sı yük, 97-si qoşqu, 6-sı avtobus, 4-ü isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.

Qeyd edək ki, cari ilin aprel ayında Azərbaycanda "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 387 beynəlxalq sığorta müqaviləsi (89% az) bağlanılıb, sığorta daxilolmaları isə 81,5 min manat (7% az) təşkil edib.

İSB ilk dəfə 2012-ci ildə "Yaşıl Kart" sisteminə üzv olmaq məqsədilə sistemin idarəedici orqanı olan Bürolar Şurasına sorğu göndərib. Bu sorğuya ilkin olaraq müsbət rəy verilib və sistemə üzv olmaq istəyən Bürolar üçün zəruri hesab olunan hüquqi və digər tələblərlə tanış edilib. Ötən ilin mayında Sopot şəhərində (Polşa) keçirilən Bürolar Şurasının Baş Assambleyasında Azərbaycanın “Yaşıl Kart” Beynəlxalq Sığorta Sisteminə qəbul olunması və 2016-cı il 1 yanvar tarixindən fəaliyyətə başlanması təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi