​Azərbaycanda bədbəxt hadisələrdən sosial sığorta sahəsində alman modelinin tətbiqi təklif edilir

​Azərbaycanda bədbəxt hadisələrdən sosial sığorta sahəsində alman modelinin tətbiqi təklif edilir Azərbaycan və Almaniya istehsalatda bədbəxt hadisələr və həyat sığortası sahəsində əməkdaşlığı davam etdirəcək
Maliyyə
13 Fevral , 2015 14:51
​Azərbaycanda bədbəxt hadisələrdən sosial sığorta sahəsində alman modelinin tətbiqi təklif edilir

Bakı. 13 fevral. REPORT.AZ/ Bakıda Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Almaniyanın Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının (DGUV) rəsmi şəxsləri ilə "PAŞA Həyat" sığorta şirkətinin rəhbərliyinin işgüzar görüşü keçirilib.

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, görüş “Azərbaycanda əməyin mühafizəsi, istehsalatda bədbəxt hadisələr və həyat sığortası” mövzusuna həsr olunub.

Tədbirdə görüş iştirakçıları əməyin mühafizəsi, bədbəxt hadisələr və peşə xəstəlikləri üzrə problemlərin təhlili və aradan qaldırılmasına dair geniş müzakirələr edib, həmçinin bu sahədə həyat sığortasının gələcək inkişafı perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Görüşdə bədbəxt hadisələrdən sosial sığorta sahəsində 130 illik tarixi olan və bu günədək uğurla tətbiq edilən alman modelinin Azərbaycanda öyrənilməsi və tətbiq olunmasının böyük fayda verəcəyi xüsusi qeyd edilib.

Görüşün nəticəsi olaraq tərəflər gələcəkdə əməyin mühafizəsi, istehsalatda bədbəxt hadisələr və həyat sığortası sahəsində yaradılmış əməkdaşlıq münasibətlərinin davam etdirilməsi barədə razılığa gəliblər.

Son xəbərlər

Orphus sistemi