Hesabat: ​Azərbaycanda bankomatların sayı yenidən artmağa başlayıb

Hesabat: ​Azərbaycanda bankomatların sayı yenidən artmağa başlayıb Ölkə ərazisində may ayında 20 yeni bankomat quraşdırılıb
Maliyyə
11 İyul , 2016 11:01
Hesabat: ​Azərbaycanda bankomatların sayı yenidən artmağa başlayıb

Bakı. 11 iyul. REPORT.AZ/ Azərbaycanda quraşdırılan bankomatların ümumi sayı aylıq müqayisədə 20 ədəd (+0,78%) artaraq, ilin əvvəlindən isə 121 ədəd (-4,49%) azalaraq cari il iyunun 1-nə 2 573 ATM təşkil edib.

Bu barədə "Report"a Mərkəzi Bankdan məlumat verilib. 

Bankomatların 1 421 ədədi və ya 55,2%-i Bakıda, 1 152-i və ya 44,8%-i regionlarda yerləşir. May ayında paytaxtda 9 bankomat, regionda11 yeni bankomat quraşdırılıb.

İlin əvvəli ilə müqayisədə paytaxtda bankomatların sayı 5,39% və ya 81 ədəd, regionlarda 40 ədəd və ya 3,36% azalıb.

Hesabata əsasən, cari il iyunun 1-nə ölkədə hər 3,8 min nəfərə bir bankomat düşüb. İlin əvvəlində isə bu göstərici 3,6 min nəfər ATM təşkil edib.

Son xəbərlər

Orphus sistemi