Yuxarı
    Bağlamaq

    Azərbaycanda bankomatların sayı bir ayda 100-dən çox azalıb

    Bir ATM-ə düşən əməliyyatların orta aylıq həcmi artıb

    Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycanda quraşdırılan bankomatların ümumi sayı aylıq müqayisədə 103 ədəd (-4,05%), ilin əvvəlindən isə 252 ədəd (-9, 35%) azalaraq 2016-cı il noyabrın 1-nə 2 442 ATM təşkil edib.

    Bu barədə "Report"a Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. 

    Məlumata görə, bankomatların 1 316 ədədi və ya 53,9%-i Bakıda, 1 126-i və ya 46,11%-i regionlarda yerləşir. Oktyabr ayında paytaxtda 82 ədəd, regionda 21 bankomat ləğv olunub. İlin əvvəli ilə müqayisədə paytaxtdakı bankomatların sayı 12,4% və ya 186 ədəd, regionlarda isə 66 ədəd və ya 5,5% azalıb.

    Ötən ilin eyni dövrü ilə müqayisədə bankomatların sayında 269 ədəd və ya 9,9%, o cümlədən paytaxtda 209 ədəd və ya 13,7%, regionlarda isə 60 ədəd və ya 5,1% azalma müşahidə olunub.

    Hesabata əsasən, bu il noyabrın 1-nə ölkədə hər 4,0 min nəfərə bir bankomat düşüb. İlin əvvəlində isə bu göstərici 3,6 min nəfər/ATM təşkil edib.

    Bir ATM-ə düşən əməliyyatların orta aylıq həcmi isə oktyabrda 348,8 min manata yüksəlib. Bu da öz növbəsində əvvəlki ayla müqayisədə 9,4% artım deməkdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi