Azərbaycanda bankomatların sayı artıb

Azərbaycanda bankomatların sayı artıb ATM-lə aparılan əməliyyatların orta aylıq həcmi isə 28% azalıb
Maliyyə
3 Noyabr , 2015 13:24
Azərbaycanda bankomatların sayı artıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycanda quraşdırılan bankomatların (ATM) ümumi sayı cari ilin əvvəlindən 3,8% və ya 99 ədəd artaraq oktybarın 1-nə 2 707 ədədə çatıb. 

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bankomatların 56,2%-i və ya 1 522 ədədi Bakı, 43,78% və ya 1 185 ədədi regionların payına düşüb. Paytaxtda bankomatların sayı ilin əvvəlindən 3,5%, regionlarda isə 4,2% artıb.

Cari il oktyabrın 1-nə ölkədə əhalinin hər 3,6 min nəfərinə bir bankomat düşüb. İlin əvvəlində həmin göstərici 3,7 min nəfər olub. Bir ATM-ə düşən əməliyyatların orta aylıq həcmi isə ilin əvvəlindən 27,5% azalaraq 287,1 min manata düşüb.

Son xəbərlər

Orphus sistemi