Yuxarı

Azərbaycanda bankomatların sayı tədricən azalır

İlin əvvəlindən paytaxtda 90 bankomat, regionlarda isə 51 bankomat bağlanıb

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycan ərzisində quraşdırılan bankomatların ümumi sayı aylıq müqayisədə 7 ədəd, ilin əvvəlindən isə 141 ədəd (-5,23%) azalaraq cari il mayın 1-nə 2 553 ATM təşkil edib.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bankomatların 1 412 ədədi və ya 55,3%-i Bakıda, 1 141-i və ya 44,7%-i regionlarda yerləşir. Aprel ayında paytaxtda 9 bankomat bağlansa da, regionda 2 yeni bankomat quraşdırılıb.

İlin əvvəli ilə müqayisədə paytaxtda bankomatların sayı 5,99% və ya 90 ədəd, regionlarda 51 ədəd və ya 4,28% azalıb.

Hesabata əsasən, cari il mayın 1-nə ölkədə hər 3,81 min nəfərə bir bankomat düşüb. İlin əvvəlində isə bu göstərici 3,6 min nəfər/ATM təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi