Bakı. 8 iyul. REPORT.AZ/ "Report" İnformasiya Agentliyinin analitik qrupu Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının maliyyə göstəricilərini açıqlamasını özündə əks etdirən şəffaflıq göstəricisi üzrə renkinqini hazırlayıb.
"Report"un 2016-cı il aprelin1-nə olan maliyyə göstəriciləri ilə bağlı sorğu anketi 22 bank tərəfindən cavablandırılıb. Digər banklar isə göstəriciləri ictimaiyyətdən gizlədib.
Belə ki, 46 sualdan ibarət sorğu anketinin bütün suallarına tam olaraq "Rabitabank" və "Gunaybank" cavab verib. Daha sonra, şəffaflığa görə ilk onluqda "Parabank ", "Zaminbank", "YapıKredi Bank Azerbaijan" , "Kredobank ", "Atabank ", "Pasha Bank ", "ASB Bank " və "Ziraat Bank Azerbaijan" yer alıb.
Bankların ən çox açıqladıqları göstəricilərin ilk onluğunda aktivlər, kredit portfeli, depozit portfeli, nizamnamə kapitalı, məcmu kapital, nağd vəsaitlər, gəlirlər, xərclər, faiz gəlirləri yer alıb.
Hansı bankların fəaliyyətini şəffaf, hansının gizli saxlaması isə aşağıdakı cədvəldə tanış ola bilərsiz:
№ | Banklar | Şəffaflıq göstəricisi |
1 | Gunaybank | 46/46 |
2 | Rabitabank | 46/46 |
3 | Parabank | 45/46 |
4 | Zaminbank | 40/46 |
5 | YapıKredi Bank Azerbaijan | 40/46 |
6 | Kredobank | 31/46 |
7 | Atabank | 23/46 |
8 | Pasha Bank | 20/46 |
9 | ASB Bank | 19/46 |
10 | Ziraat Bank Azerbaijan | 19/46 |
11 | AFB Bank | 17/46 |
12 | Pakistan National Bank-Baku | 16/46 |
13 | AGBank | 16/46 |
14 | Caspian Development Bank | 16/46 |
15 | Silkway Bank | 15/46 |
16 | Bank Avrasiya | 13/46 |
17 | Muganbank | 12/46 |
18 | Azer-Turk Bank | 12/46 |
19 | Demirbank | 10/46 |
20 | Bank Melli İran-Baku | 10/46 |
21 | Bank of Baku | 7/46 |
22 | Kapital Bank | 6/46 |
23 | VTB Azerbaijan | 0/46 |
24 | Nikoil Bank | 0/46 |
25 | NBC Bank | 0/46 |
26 | Expressbank | 0/46 |
27 | Azərbaycan Beynəlxalq Bankı | 0/46 |
28 | Unibank | 0/46 |
29 | Xalg Bank | 0/46 |
30 | Atrabank | 0/46 |
31 | Accessbank | 0/46 |
32 | Bank Respublika | 0/46 |
33 | Turanbank | 0/46 |
34 | Amrahbank | 0/46 |
35 | Dekabank | 0/46 |
36 | BTB | 0/46 |
37 | Bank Standard | 0/46 |