Azərbaycanın bank sektorunun müştəri bazası artıb

Azərbaycanın bank sektorunun müştəri bazası artıb Bank müştərilərinin ümumi sayı 5,4 mln. nəfəri keçib
Maliyyə
15 Mart , 2017 12:38
Azərbaycanın bank sektorunun müştəri bazası artıb

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycanın bank sektorunun müştəri bazası aylıq müqayisədə 63 766 nəfər və ya 1,19% artaraq cari il fevralın 1-nə 5 416 222 nəfər təşkil edib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Müştərilərin 5 345 213 nəfəri və ya 98,69%-i fiziki, 71 009 nəfəri və ya 1,31%-i hüquq şəxslərdir. Aylıq müqayisədə fiziki şəxslərin sayında 62 750 nəfər və ya 1,19%, hüquqi şəxslərdə isə 1 016 nəfər və ya 1,45% artıb. Bu müddətdə sahibkarlıqla məşğul olan fərdi müştərilərin sayında da artım qeyd alınıb. Belə ki, bu kateqoriyadan olan bank müştərilərinin sayı 3 565 nəfər və yaxud 2,1% artaraq 176 229 nəfərə çatıb. 

Son xəbərlər

Orphus sistemi