Azərbaycanda bankların mərkəzləşmiş öhdəlikləri daha 15 mln. manat artıb

Azərbaycanda bankların mərkəzləşmiş öhdəlikləri daha 15 mln. manat artıb Artım iki aydır davam edir
Maliyyə
12 İyun , 2017 13:31
Azərbaycanda bankların mərkəzləşmiş öhdəlikləri daha 15 mln. manat artıb
Report

Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının Azərbaycan Mərkəzi Bankına (AMB) olan öhdəlikləri 2017-ci il mayın 1-nə toplam olaraq 6 586,2 mln. manat təşkil edib.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, öhdəliklərin həcmi aprelin 1-nə olan analoji göstərici ilə müqayisədə 14,7 mln. manat və ya 0,22%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 278,8 mln. manat və ya 4,42% artıb.

Qeyd edək ki, kommersiya banklarının AMB-yə olan öhdəliklərində artım iki aydır davam edir. Bankların mərkəzləşmiş öhdəliklərinin bu günədək maksimal həddi 2016-cı ilin oktyabrında (7 507 mln. manat) qeydə alınıb. Son göstərici isə maksimal həddən 920,8 mln. manat və ya 12,27% aşağıdır.

Son xəbərlər

Orphus sistemi