Azərbaycanda bankların mərkəzləşmiş öhdəlikləri azalır

Azərbaycanda bankların mərkəzləşmiş öhdəlikləri azalır Kommersiya banklarının öhdəliklərində azalma dolların məzənnəsinin düşməsi ilə əlaqədardır
Maliyyə
11 Aprel , 2017 10:59
Azərbaycanda bankların mərkəzləşmiş öhdəlikləri azalır

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında olan öhdəlikləri 2017-ci il martın 1-nə 6 383,9 mln. manat təşkil edib.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, öhdəliklərin həcmi fevralın 1-nə olan analoji göstərici ilə müqayisədə 449,4 mln. manat və ya 6,58%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 41,4 mln. manat və ya 0,64% azalıb. Fevral ayında baş verən azalma dolların məzənnəsinin düşməsi ilə izah olunur. 

Qeyd edək ki, kommersiya banklarının AMB-yə olan öhdəliklərində azalma 4 aydır davam edir, bununla yanaşı kommersiya banklarının xarici öhdəlikləri də azalır.

Son xəbərlər

Orphus sistemi