Azərbaycanda bankların mərkəzləşmiş borcu azalıb

Azərbaycanda bankların mərkəzləşmiş borcu azalıb Son bir ildə AMB qarşısında öhdəliklər 16% artıb
Maliyyə
10 Mart , 2017 16:29
Azərbaycanda bankların mərkəzləşmiş borcu azalıb

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının Azərbaycan Mərkəzi Bankına (AMB) olan öhdəlikləri 2017-ci il fevralın 1-nə 6 833,3 mln. manat təşkil edib.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, öhdəliklərin həcmi yanvarın 1-nə olan analoji göstərici ilə müqayisədə 213,5 mln. manat və ya 3,03% azalıb, ötən ilin analoji dövrü ilə müqayisədə isə 952,7 mln. manat və ya 16,2% artıb. 

Qeyd edək ki, kommersiya banklarının AMB-yə olan öhdəliklərində yanvar ayında azalma olsa da, xarici öhdəliklərdə 846,9 mln. manat artım qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi