Azərbaycanda bankların lisenziyalaşdırılması və prudensial nəzarətə dair 2 normativ sənəd yenilənəcək

Azərbaycanda bankların lisenziyalaşdırılması və prudensial nəzarətə dair 2 normativ sənəd yenilənəcək Azərbaycan Banklar Assosiasiyası üzvü olan kommersiya banklarının rəhbərliyinə müraciət edib
Maliyyə
19 Aprel , 2017 11:24
Azərbaycanda bankların lisenziyalaşdırılması və prudensial nəzarətə dair 2 normativ sənəd yenilənəcək

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyası (ABA) üzvü olan kommersiya banklarının rəhbərliyinə müraciət edib.

“Report”un əldə etdiyi məlumata görə, müraciət ABA-nın icraçı direktoru Yunus Abdulovun adından ünvanlanıb.

Müraciətdə bildirilir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın, eləcə də “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”ın layihələrini hazırlayaraq ABA-nın üzvlərindən rəy və təkliflərin alınması məqsədilə quruma ünvanlayıb. Banklardan qeyd olunan qaydalara dair rəy və təkliflərini aprelin 20-nə qədər ABA-ya təqdim etmək xahiş olunub. 

Son xəbərlər

Orphus sistemi