Azərbaycanda bankların girov satışından gəlirinin ƏDV-dən azad edilməsi təklif olunur

Azərbaycanda bankların girov satışından gəlirinin ƏDV-dən azad edilməsi təklif olunur Azərbaycan Banklar Assosiasiyası Mərkəzi Banka təkliflər təqdim edib
Maliyyə
25 Fevral , 2016 15:17
Azərbaycanda bankların girov satışından gəlirinin ƏDV-dən azad edilməsi təklif olunur

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyası (ABA) Mərkəzi Banka bir sıra yeni təkliflər təqdim edib. "Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Bank Tədris Mərkəzinin (ABTM) direktoru Cavanşir Abdullayev bildirib. 

Onun sözlərinə görə, təkliflərdən biri kredit alınarkən qoyulan girovun satılmasından əldə edilən vəsaitin ƏDV-dən azad olunması ilə bağlıdır. Bundan başqa, məhkəmə icrası üzrə rüsumun azaldılması da təklif edilir. Həmçinin, bank sektorunda qorunan manat əmanətləri üzrə maksimal faiz dərəcəsinin artırılması məsələsi də təqdim olunan təkliflər sırasındadır.

"Manata inamın artırılması üçün Əmanətlərin Sığortalanması Fondu faiz dərəcələrinə yenidən, xüsusilə manat əmanətlərinin faiz dərəcələrinin qaldırılmasına baxmalıdır. Manat əmanətlərinin faizi yüksəldikdə əmanət qoymaq istəyənlərin sayı artacaq. Bu da banklara real sektorun maliyyələşdirilməsini artırmağa imkan verəcək. Çünki real sektor dollarla kredit almaqdan çəkinir", - deyə ABTM rəhbəri qeyd edib.

"Bununla yanaşı, qeyd edim ki, əgər bu gün hər hansı bank özünün kredit müştərisinə maliyyə vəziyyətini nəzərə alaraq desə ki, səndən faiz almayacam və yaxud  faizini 2 faizə endirirəm, bu halda uçot dərəcəsi ilə kredit faizi arasındakı fərq həmin müştəriyə gəlir kimi hesablanılır və bank buna görə vergi ödəməlidir. Buna görə də banklar müştərilərə faiz dərəcəsində çox güzəşt edə, faizi uçot dərəcəsindən aşağı sala bilmir. Müraciət etmişik ki, bu məsələdə həll olunsun", - deyə C.Abdullayev əlavə edib.

Son xəbərlər

Orphus sistemi