Yuxarı

​Azərbaycanda bankların depozit bazası daha 3% azalıb

Xarici valyutada müddətli depozitlər illik müqayisədə 82% artaraq 9,776 mlrd. manata çatıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycan bank sektoru üzrə ümumi depozit bazasının həcmi 2015-ci ilin avqust ayında 555,5 mln. manat və ya 3% azalaraq sentyabrın 1-nə 17 658,1 mln. manat təşkil edib. İlin əvvəli ilə müqayisədə bu göstərici 2 204,7 mln. manat və ya 14,3%, keçən ilin analoji dövrü ilə müqayisədə isə 3 018,3 mln. manat və ya 20,6% artıb.

"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, depozit bazasının tərkibində ən çox azalan manatla müddətsiz depozitlər olub. Belə ki, son bir ayda bu göstərici 259,8 mln. manat və ya 13,5% azalaraq 16 665,6 mln. manata düşüb. Bu, ilin əvvəlinə nisbətən 1 068,8 mln. manat və ya 39,1 %, ötən ilin analoji dövrü ilə müqayisədə isə 894,1 mln. manat və ya 34,9% azdır.

Manatla müddətli depozitlər avqustda 185,5 mln. manat və ya 6,3% azalaraq sentyabrın 1-nə 2 768,8 mln. manata enib. İlin əvvəli ilə müqayisədə azalma 2 240,3 mln. manat və ya 44,7%, 2014-cü ilin sentyabrın 1-i ilə müqayisədə isə 2 064,2 mln. manat və ya 42,7% olub.

Xarici valyutada müddətsiz depozitlər 17,7 mln. manat və ya 0,5% azalaraq 3 448 mln. manat təşkil edib. İlin əvvəlinə nisbətən 1 649,2 mln. manat və ya 91,7%, keçən ilin analoji dövrü ilə müqayisədə isə 1 581,3 mln. manat və ya 84,7% artım qeydə alınıb.

Xarici valyutada müddətli depozitlər üzrə isə aylıq müqayisədə 92,5 mln. manat və ya 0,9% azalaraq, ilin əvvəlindən 3 864,6 mln. manat və ya 65,4%, illik müqayisədə 4 395,2 mln. manat və ya 81,7% artaraq 9 775,6 mln. manat təşkil edib.

Qeyd edək ki, depozitlərin bütün növləri və müddətləri üzrə baş verən geriləmə əhalinin gəlirlərinin azalması ilə bağlıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi