Azərbaycanda bankların AMB-yə borcu artıb

Azərbaycanda bankların AMB-yə borcu artıb "Report": Artım dolların məzənnəsinin güclənməsi ilə bağlıdır
Maliyyə
9 Sentyabr , 2016 17:54
Azərbaycanda bankların AMB-yə borcu artıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının Mərkəzi Banka (AMB) olan öhdəlikləri 2016-cı il avqust ayının 1-nə 7 093,1 mln. manat təşkil edib.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, öhdəliklərin həcmi iyulun 1-nə olan göstərici ilə müqayisədə 174 mln. manat və ya 2,51% azalıb, ötən ilin analoji dövrü ilə müqayisədə isə 4 698,6 mln. manat və ya 2,96 dəfə artıb. İlin əvvəli ilə müqayisədə isə kommersiya banklarının AMB-yə öhdəlikləri 1 718,1 mln.manat və ya 31,96% artım göstərib. 

"Report"un analitik qrupu qeyd edir ki, artımın əsasən banklara dollarla verilən kreditlər hesabına yarandığı ehtimal edilir. Məhz iyul ayında manat dollarla müqayisədə 2,5% ucuzlaşıb.

Son xəbərlər

Orphus sistemi