​Azərbaycanda banklardan kənarda saxlanılan nağd pul kütləsi azalır

​Azərbaycanda banklardan kənarda saxlanılan nağd pul kütləsi azalır Bu, depozit bazası və dövriyyədə olan pul kütləsinin azalması fonunda baş verir
Maliyyə
9 Oktyabr , 2015 14:36
​Azərbaycanda banklardan kənarda saxlanılan nağd pul kütləsi azalır

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycanda banklardan kənarda olan nağd pul kütləsinin həcmi 2015-ci il sentyabrın 1-nə 5 502,8 mln. manat təşkil edib. Avqustun 1-nə nisbətən bu göstərici 871,7 mln.manat və ya 13,7%, ilin əvvəlinə nisbətən 4 649,7 mln. manat və ya 45,8%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 4 985,2 mln. manat və ya 47,5% azdır.

"Report"un analitik qrupu Mərkəzi Banka istinadən qeyd edir ki, banklardan kənarda olan nağd pulun azalması prosesi ölkədə depozit bazası və dövriyyədə olan pul kütləsinin azalması fonunda baş verir. Bu isə son nəticədə ölkədaxili ticarətə də mənfi təsir göstərir.

Azərbaycanın 2015-ci il dövlət büdcəsində xərclərin proqnoza nisbətən 3 370 mln. manat azalması ilə bağlı gözləntilər fonunda vergi gəlirlərinin proqnozdan cəmi 100 mln. manat az olması banklardan kənarda olan nağd pulun azalmasına səbəb olub. Gələn ilin büdcə layihəsinə əsasən, 2016-cı ildə bu tendensiyanın davam edəcəyi gözlənilir. Belə ki, gələn il vergi gəlirləri 5,8% azaldığı halda, xərclərdə 8,3% azalma nəzərdə tutulub. Bununla yanaşı, vergi gəlirlərinin 410 mln. manat, ümumi xərclərin isə 1 470 mln. manat azalacağı ehtimal olunur.

Son xəbərlər

Orphus sistemi