Azərbaycanda banklararası kreditlər ucuzlaşmağa davam edir

Azərbaycanda banklararası kreditlər ucuzlaşmağa davam edir Manatla kreditlər üzrə ən yüksək faiz illik 8,69%, xarici valyutada - 14,57% olub
Maliyyə
16 Avqust , 2016 16:54
Azərbaycanda banklararası kreditlər ucuzlaşmağa davam edir

Bakı. 16 avqust. REPORT.AZ/ Azərbaycanda həm manat, həm də xarici valyutada ayrılan banklararası kreditlər üzrə orta faiz dərəcəsi azalıb. Bu ilin iyun ayında manatla verilən kreditlərin orta faiz dərəcəsi 0,34 faiz bəndi azalaraq iyulun 1-nə illik 4,30%, xarici valyutada isə 0,15 faiz bəndi azalaraq illik 4,34%-ə düşüb.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, manatla kreditlər üzrə ən yüksək faiz dərəcəsi 90-180 günlük kreditlərdə (illik 8,69%), xarici valyutada isə 30-90 günlük kreditlərdə (14,57%) qeydə alınıb. Ən aşağı faizlər isə manatla 1 ildən yuxarı kreditlərdə (1,25%), xarici valyutada 1 aylıq kreditlərdə (1,86%) olub.

Son xəbərlər

Orphus sistemi