Yuxarı

Azərbaycanda banklararası valyuta kreditləri ucuzlaşıb

Azərbaycanda banklararası valyuta kreditləri ucuzlaşıb

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycanda xarici valyutada ayrılan banklararası kreditlər üzrə orta faiz dərəcəsi illik 4,93% təşkil edib.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Hesabata əsasən, xarici valyuta ilə banklararası kreditlər üzrə orta faizlərdə 2,2 dəfə və ya 5,78 faiz bəndi ucuzlaşma qeydə alınıb. Belə ki, 2017-ci il dekabrın 1-nə bu kreditlərdə orta faiz illik 10,71% təşkil edib.

Qeyd edək ki, 2018-ci il yanvarın 1-nə manatla banklararası kreditlər üzrə orta faiz isə illik 11,80% olub, bu da aylıq müqayisədə 3,91 faiz bəndi artım olmasını göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi