Yuxarı
    Bağlamaq

    Azərbaycanda banklararası kreditlər bahalaşmağa davam edir

    Martın 1-nə manatla kreditlər üzrə orta faiz dərəcəsi illik 13,37% təşkil edib

    Bakı. 17 aprel. REPORT.AZ/ Azərbaycanda banklararası kreditlər cari ilin fevral ayında bahalaşmağa davam edib. Martın 1-nə manatla kreditlər üzrə orta faiz dərəcəsi illik 13,37%, xarici valyuta ilə kreditlərdə isə 9,5% təşkil edib.

    "Report" bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

    Hesabata əsasən, manatla kreditlər aylıq müqayisədə 2,41 faiz bəndi, xarici valyutada isə 0,49 faiz bəndi bahalaşıb. Ən bahalı 30-90 günlük kreditlər olub. Manatla kreditlər üzrə orta faiz dərəcəsi illik 20,62%, xarici valyutada isə 17,18% təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi