Azərbaycanda banklararası kreditlər bahalaşıb

Azərbaycanda banklararası kreditlər bahalaşıb Həm manat, həm də xarici valyutada olan banklararası kreditlər üzrə orta faiz dərəcəsi artıb
Maliyyə
14 Sentyabr , 2016 15:11
Azərbaycanda banklararası kreditlər bahalaşıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycanda həm manat, həm də xarici valyutada ayrılan banklararası kreditlər üzrə orta faiz dərəcəsi artıb. Bu ilin iyul ayında manatla verilən kreditlərin orta faiz dərəcəsi 1,6 faiz bəndi artaraq avqustun 1-nə illik 5,90%, xarici valyutada isə 0,77 faiz bəndi artaraq illik 5,11%-ə yüksəlib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "Report"a verilən xəbərə görə, manatla kreditlər üzrə ən yüksək faiz dərəcəsi 90-180 günlük kreditlərdə - illik 7,61%, xarici valyutada isə 30-90 günlük kreditlərdə illik 17,24% səviyyəsində qeydə alınıb. Ən aşağı faizlər isə manatla 30 günədək kreditlərdə 1,47%, xarici valyutada bir aylıq kreditlərdə 4,06% olub.

Son xəbərlər

Orphus sistemi