Yuxarı
    Bağlamaq

    Azərbaycanda banklara məhkəmələrin elektron bazasına çıxış imkanının verilməsi təklif olunur

    Bank vətəndaşın razılığı ilə həmin bazaya sorğu verib, onun necə müştəri olduğunu dəqiqləşdirəcək

    Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycan bankları müştərilərə kredit verərkən onların məhkəmə işlərinin olub-olmaması barədə dəqiq məlumat əldə edə bilmir. “Report” xəbər verir ki, bunu Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən "Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər" adlı forumun ikinci günündə ABA-nın hüquq ekspert qrupunun rəhbəri Qorxmaz Ağayev deyib.

    “Doğrudur, vətəndaş bəyan edir ki, haqqında məhkəmə işi yoxdur, amma bu məsələdə düz məlumat verməyə də bilər. Yaxşı olar ki, bankların Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə çıxışı olduğu kimi, məhkəmə qərarları ilə bağlı elektron bazaya da çıxışı olsun. Yəni, vətəndaşın öz razılığı ilə həmin bazaya sorğu verib, onun necə müştəri olduğu dəqiqləşdirilsin”.

    Təklifə münasibət bildirən Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin baş məsləhətçisi Eynur Babayev isə bildirib ki, təmsil etdiyi qurumun elektron bazası yenicə yaradılıb və cəmi 8 rayonda test rejimində işləyir. Bununla belə, sistem tam gücü ilə işə düşdükdən sonra bankların bununla bağlı istəyi nəzərdən keçirilə bilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi