Azərbaycanda bankdankənar nağd pulun həcmi artıb

Azərbaycanda bankdankənar nağd pulun həcmi artıb AMB: Kommersiya banklarının pul yaratma qabiliyyəti aşağı düşüb
Maliyyə
10 May , 2017 10:39
Azərbaycanda bankdankənar nağd pulun həcmi artıb

Bakı. 10 may. REPORT.AZ/ Azərbaycanda manatla geniş mənada pul kütləsinin (M2 aqreqatı) manatla pul bazasına nisbəti 2017-ci il aprelin 1-nə 1,51, geniş mənada pul kütləsinin (M3) pul bazasına nisbəti isə 2,08-ə enib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Martın 1-nə isə M2 pul aqreqatının manatla pul bazasına nisbəti 1,54, M3 pul aqreqatının pul bazasına nisbəti 2,42 olub.

M3 aqreqatı aylıq müqayisədə 1,23% azalaraq aprelin 1-nə 19 902,9 mln. manat, M2 - 2,03% artaraq 10 982 mln. manat təşkil edib. Hesabata əsasən, bu müddətdə banklardan kənarda nağd pul (M0) 2,54% artaraq 6 145,2 mln. manata çatıb. Qeyd edək ki, banklardan kənarda nağd pulda ötən ilin eyni dövrü ilə müqayisədə 22,05% artım qeydə alınıb.

Pul bazası 14,65% artaraq cari il aprelin 1-nə 9 557,3 mln. manat, o cümlədən manatda pul bazası 4,16% artaraq 7 277,5 mln. manat olub.

Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir. Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur. Azərbaycan praktikasında pul kütləsinin 3 növü fərqləndirilir: dar mənada pul kütləsi (M1), manatla geniş mənada pul kütləsi (M2), geniş mənada pul kütləsi (M3).

Son xəbərlər

Orphus sistemi