Yuxarı
    Bağlamaq

    Azərbaycanda bank və BOKT-ların mərkəzləşmiş öhdəlikləri 14% azalıb

    Dinlə

    Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları və BOKT-ların Mərkəzi Bank (AMB) qarşısında olan öhdəlikləri 2018-ci il sentyabrın 1-nə 6 036,4 mln. manat təşkil edib.

    "Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, öhdəliklərin həcmi avqustun 1-nə olan analoji göstərici ilə müqayisədə 14,3 mln. manat və ya 0,2% azalıb. Əvvəlki ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin banklara və BOKT-lara tələbi 976,1 mln. manat və ya 13,9% azalıb.

    Qeyd edək ki, bankların AMB-yə öhdəliklərinin bugünədək maksimal həddi 2016-cı ilin oktyabrında qeydə alınıb və 7 507 mln. manat təşkil edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi