Azərbaycanda bank və BOKT-ların mərkəzləşmiş öhdəlikləri 11% azalıb

Azərbaycanda bank və BOKT-ların mərkəzləşmiş öhdəlikləri 11% azalıb Aylıq müqayisədə isə azalma 437 mln. manat və ya 6,3% olub
Maliyyə
15 Yanvar , 2018 17:14
Azərbaycanda bank və BOKT-ların mərkəzləşmiş öhdəlikləri 11% azalıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları və BOKT-ların Mərkəzi Bank (AMB) qarşısında olan öhdəlikləri 2017-ci il dekabrın 1-nə 6 549 mln. manat təşkil edib.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, öhdəliklərin həcmi noyabrın 1-nə olan analoji göstərici ilə müqayisədə 436,9 mln. manat və ya 6,25% azalıb. Əvvəlki ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin banklara və BOKT-lara tələbi 773,2 mln. manat və ya 10,56% azalıb.

Qeyd edək ki, bankların AMB-yə öhdəliklərinin bugünədək maksimal həddi 2016-cı ilin oktyabrında qeydə alınıb və 7 507 mln. manat təşkil edib. Qeyd edək ki, avqustda kommersiya banklarının xarici öhdəlikləri Azərbaycan Beynəlxalq Bankının (ABB) öhdəliklərinin hökumətə keçməsi səbəbindən 3,85 mlrd. manata yaxın azalıb.

Son xəbərlər

Orphus sistemi